Hirkan Milli Parkında yanğın lokallaşdırılıb

  16 Yanvar 2021    Oxunub : 1938
Hirkan Milli Parkında yanğın lokallaşdırılıb
Hirkan Milli Parkının Astara rayonu ərazisində, yüksək dağlıq sahədə baş vermiş yanğın lokallaşdırılıb.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

"Yerli qurumlardan aldığımız məlumata görə, yanğının dağlıq ərazidə baş verməsi, havanın küləkli olması onun söndürülməsində müəyyən çətinliklər yaratsa da, artıq yanğının lokallaşdırılmasına nail olunub".

Nazirliyin rəsmisi qeyd edib ki, hazırda yanğının tam söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Azvision.az

Teqlər: Yanğın