Bu günə olan hava proqnozu

  17 Yanvar 2021    Oxunub : 922
Bu günə olan hava proqnozu
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 9-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 17-də gündüz Bakıda və Abşeron yarımadasında mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azvision.az

Teqlər: Hava   Proqnoz