Sumqayıtda ər arvadını oteldə öldürdü

   Sumqayıtda ər arvadını oteldə öldürdü
  17 Yanvar 2021    Oxunub:2970
Sumqayıtda ər arvadını boğaraq öldürüb.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin dənizkənarında yerləşən otellərin birində baş verib. Belə ki, oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı 1992-ci il təvəllüdlü Orxan Həsənov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törədən 29 yaşlı O.Həsənov saxlanılıb. Zəruri istintaq tədbirləri görülür.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Azvision.az


Teqlər: Sumqayıt   Qətl  





Xəbər lenti