Postlardan keçmək istəyən 4000 maşın geri qaytarıldı

Postlardan keçmək istəyən 4000 maşın geri qaytarıldı
  18 Yanvar 2021    Oxunub:2356
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Bu barədə Azvision.az -a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 16-dan 18-dək nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 4 000 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 5 nəfər barəsində inzibati həbs, 2 746 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

Azvision.az


Teqlər: Post   Polis  





Xəbər lenti