4700 mənzil şəhid ailələrinə nə vaxt veriləcək? - RƏSMİ

 4700 mənzil şəhid ailələrinə nə vaxt veriləcək? -  RƏSMİ
  18 Yanvar 2021    Oxunub:1521
"Keçmiş köçkünlər üçün tikilmiş 4700 mənzilin Prezident İlham Əliyevin göstərişi ilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Nazirliyin balansına verilməsi prosesi bitmək üzrədir".
Azvision.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 2020-ci ildə sosial sahədə aparılmış işlər və nəticələrinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, növbədə olan müharibə əlilləri, şəhid ailələrinin mənzil təminatını erkən vaxtda icra etməyə imkan verəcək: “Növbəti həftələr ərzində aktiv şəkildə mənzillərin verilməsini müşahidə edəcəyik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir-müavini   Anar-Kərimov   ƏƏSMN  





Xəbər lenti