Abşeronda evlərdən 21 minlik oğurluq edildi

Abşeronda evlərdən 21 minlik oğurluq edildi
  18 Yanvar 2021    Oxunub:1900
Abşeron rayonunda evlərdən oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 8 515 manat pul, 12 655 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Qəmbərov saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti