Üç nəfərdən odlu silah götürülüb

Üç nəfərdən odlu silah götürülüb
  18 Yanvar 2021    Oxunub:2093
Bakı, Şəmkir və Qazax sakinlərindən odlu silahlar götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş A.Məmmədovun ətrafında Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Qazax şəhəri ərazisində torpağa basdırdığı “AKM” markalı silah və 4 ədəd patron aşkar edilərək götürülüb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bülbülə dəmir yolu stansiyası ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Sadıxovdan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şəmkir rayonu ərazisində Mahmudlu kənd sakini S.Əsədovdan “Makarov” markalı tapança və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   silah  





Xəbər lenti