Salyan sakinindən tüfəng götürüldü

Salyan sakinindən tüfəng götürüldü
  19 Yanvar 2021    Oxunub:1585
Salyan rayon sakinindən silah götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Çuxanlı kənd sakini S.Səməndərovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: Salyan   DİN   Tüfəng  





Xəbər lenti