Maşınla vurulan piyada xəstəxanada öldü

Maşınla vurulan piyada xəstəxanada öldü
  19 Yanvar 2021    Oxunub:1506
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 18-i saat 18 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini S.Salahlı idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini E.Allahverdiyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Nizami Rayon Polis İdarəsində tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Bakı   Qəza   Piyada  





Xəbər lenti