749 ədəd mina zərərsizləşdirilib

749 ədəd mina zərərsizləşdirilib
  20 Yanvar 2021    Oxunub:1876
Yanvarın 18-19-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağdam, Beyləqan, Füzuli, Qubadlı, Zəngilan, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 11 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 1 müraciət daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, daxil olmuş 12 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 19 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 19 ədəd partlamamış hərbi sursat (PHS), 66 ədəd piyada əleyhinə mina, 63 ədəd tank əleyhinə mina, 3 ədəd tank əleyhinə mina partladıcısı, 5 ədəd 14,7 millimetrlik patronlar və 14 ədəd partlamış mərmi qalıqları aşkarlanıb.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1210 hektar ərazi yoxlanılıb, 117 kilometrdən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 282 tikili yoxlanılıb.

Agentliyin partlayış qrupu tərəfindən 215 ədəd partlamamış hərbi sursat (PHS), 749 ədəd mina zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 97 min 398 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti