Lənkəran və Sumqayıtda yanğın olub

Lənkəran və Sumqayıtda yanğın olub
  20 Yanvar 2021    Oxunub:1135
Lənkəran şəhərində ümumi sahəsi 7200 m² olan (hər mərtəbəsi 2400 m²) hazırda fəaliyyət göstərməyən üçmərtəbəli binanın birinci mərtəbəsində 1 otağın tavanı 20 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Həmçinin, Sumqayıt şəhərində ümumi sahəsi 9 m² olan talvarın yanar konstruksiyaları, bitişik ümumi sahəsi 100 m² olan birmərtəbəli evin plastikdən ibarət pəncərə çərçivəsi qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Yanğın   Sumqayıt   Lənkəran  





Xəbər lenti