Bakıda yanğın, bir nəfər xəsarət alıb

Bakıda yanğın, bir nəfər xəsarət alıb
  20 Yanvar 2021    Oxunub:1781
Bakıda mebel və avtomobil təmiri sexində yanğın olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1000 m² olan mebel sexinin yanar konstruksiyaları və içərisinə yığılan boya məhsulları 40 m² sahədə, bitişik ümumi sahəsi 40 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan ”Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Hər iki sexin qalan hissəsi və içərisində olan dəzgahlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Bakı   Yanğın   FHN  





Xəbər lenti