Yük maşını traktorla toqquşub, ölən var

Yük maşını traktorla toqquşub,  ölən var
  20 Yanvar 2021    Oxunub:2399
Ağcabədidə yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 19-u saat 18 radələrində Ağcabədi şəhəri ərazisində Gəncə şəhər sakini N.Yusifovun idarə etdiyi “MAN” markalı yük avtomobili Bərdə rayon sakini Ə.Fətəliyevin idarə etdiyi “MTZ” markalı traktorla toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Ə.Fətəliyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti