"Bandotel"dən əməliyyat, iki silahlı tutuldu

"Bandotel"dən əməliyyat, iki silahlı tutuldu
  20 Yanvar 2021    Oxunub:2448
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhəri Novxanı bağlar yaşayış sahəsində yaşayan H.Tumasovdan 3 ədəd patron aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan “Makarov” markalı tapança, 61 ədəd sandıq və 296 ədəd patron da götürülüb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini İ.Ağayev Binəqədi rayonu ərazisində saxlanılıb. Ondan “Marqolin” markalı tapança və 44 ədəd patron aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti