“Fiat”la vurulan kişi hadisə yerində öldü

“Fiat”la vurulan kişi hadisə yerində öldü
  20 Yanvar 2021    Oxunub:2181
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 19-u saat 21 radələrində paytaxtın Nizami rayonunun B.Çobanzadə küçəsində Bakı şəhər sakini A.Abduyev idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən paytaxt sakini Ə.Zeynallını vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti