Hacıqabulda qanunsuz ov edənlər saxlanıldı

Hacıqabulda qanunsuz ov edənlər saxlanıldı
  20 Yanvar 2021    Oxunub:1844
Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxslər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Muğan qəsəbəsi ərazisində R.Babayev, S.Mehdiyev və A.Əhmədzadə qanunsuz ov etdiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Saxlanılan şəxslərdən 2 ədəd ov tüfəngi, süni maketlər və ovladıqları çöl quşları götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Ov  





Xəbər lenti