Gizli işləyən kafenin sahibi və müştəriləri cərimələndi

Gizli işləyən kafenin sahibi və müştəriləri cərimələndi
  21 Yanvar 2021    Oxunub:1223
Şabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkar edilib.
Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar.

Qanunvericiliyə uyğun olaraq obyektin sahibi M.Əsədullayev və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat miqdarında cərimə olunublar.

Azvision.az


Teqlər: Şabran   Kafe  





Xəbər lenti