Yük avtomobili “KamAZ”a çırpılıb, xəsarət alanlar var

Yük avtomobili “KamAZ”a çırpılıb, xəsarət alanlar var
  21 Yanvar 2021    Oxunub:1153
Sumqayıt şəhərində ağır yol qəzaları baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhəri ərazisində “İsuzu” markalı yük avtomobili yol kənarında dayanan “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan “İsuzu” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti