Keçmiş məhkumdan 5 kq narkotik götürülüb

Keçmiş məhkumdan 5 kq narkotik götürülüb
  21 Yanvar 2021    Oxunub:1631
Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Adıgözəlov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin, “VAZ-2108” markalı avtomobilinə baxış zamanı isə 2 kiloqramdan artıq heroin və 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti