Masallıda evdə yanğın olub

  21 Yanvar 2021    Oxunub : 1065
Masallıda evdə yanğın olub
Masallı rayonunun Ərəb kəndində ümumi sahəsi 88 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 60 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın