Azərbaycanda 218 yeni yoluxma qeydə alındı

   Azərbaycanda 218 yeni yoluxma qeydə alındı
  21 Yanvar 2021    Oxunub:1886
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 218 yeni yoluxma faktı qeydə alınıb, 770 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 228 246 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 218 387 nəfər müalicə olunaraq sağalıb, 3 053 nəfər vəfat edib, aktiv xəstə sayı 6 806 nəfərdir.

Ölkədə son sutka ərzində 5309, hazırkı dövrədək isə 2341807 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti