Bakıda ev yanır

Bakıda ev yanır
  21 Yanvar 2021    Oxunub:2137
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Faiq Rüstəmov küçəsi ünvanında fərdi evdə yanğın olması barədə məlumat daxil olub.
Azvision.az -ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti