Ötən il Bakıda 169 nəfər yol qəzalarında ölüb

   Ötən il Bakıda 169 nəfər yol qəzalarında ölüb
  22 Yanvar 2021    Oxunub:1936
Ötən il Bakı şəhəri üzrə 460 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Azvision.az -a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Bildirib ki, nəticədə 169 nəfər ölüb, 387 nəfər isə yaralanıb.

Onun sözlərinə görə, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb daha çox manevr qaydalarının pozulmasıdır:

"Qəzaların 167-si (36,3 %) manevr qaydalarının pozulması, 125-i (27,2%) sürət həddinin aşılması,56-sı ( 12,2 %) ara məsafəsinin pozulması, 34-ü (7,4 %) yol ayrıcını keçmə qaydalarının pozulması, 16-sı (3,5 %) piyada keçidində keçmə qaydalarının pozulması faktları təşkil edib”.

Azvision.az


Teqlər: Bakı   DYP  





Xəbər lenti