Həyətdə gizlədilən “SVD” aşkarlandı

Həyətdə gizlədilən “SVD” aşkarlandı
  23 Yanvar 2021    Oxunub:2344
Goranboy Rayon Polis şöbələrinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə F.Aslanovun Safikürd kəndindəki yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan “SVD” markalı tüfəng və 140 patron aşkarlanaraq götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti