Ucarda ikimərtəbəli evdə yanğın olub

  24 Yanvar 2021    Oxunub : 981
Ucarda ikimərtəbəli evdə yanğın olub
Ucar rayonunun Küçəkənd kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ikimərtəbəli yaşayış binasının dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın