Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Azvision.az -a bildirilib ki, bölməyə əvvəllər dəfələrlə məhkum olunmuş Cavanşir Yusifovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub.
Onun Nardaran qəsəbəsində yaşadığı evə baxış zamanı 1 ədəd “TT” markalı tapança, 1 ədəd sandıqça və 4 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Azvision.az