Narkotiklə tutuldu, oğru olduğu üzə çıxdı

Narkotiklə tutuldu, oğru olduğu üzə çıxdı
  25 Yanvar 2021    Oxunub:2115
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini A.Balakişiyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 2 qrama yaxın, yaşadığı evə baxış zamanı isə 7 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmyerlisi, əvvəllər məhkum olunmuş Z.Seyidəhmədovla birgə 2020-ci il dekabrın 19-na keçən gecə şəhər ərazisində Yasab kənd sakini E.Rəfiyevə məxsus “VAZ-2106” markalı avtomobildən oğurluq etmələri də müəyyən edilib. Davam etdirilən tədbirlərlə Z.Seydəhmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

A.Balakişiyevin yanvarın 9-dan 19-dək olan müddətdə B.Ağasıoğlu küçəsində İmamqulukənd kənd sakini T.Xosrofova məxsus “VAZ-2107”, Köhnə Xudat kənd sakini S.Vəlibəyova məxsus “VAZ-2106” markalı avtomobillərdən və R.Rzayevin yaşadığı Hərbi şəhərcikdəki evin həyətindən müxtəlif əşyalar oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: Qusar   DİN  





Xəbər lenti