Bakıda sexdə yanğın olub

Bakıda sexdə yanğın olub
  25 Yanvar 2021    Oxunub:1831
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 2500 m² olan sellofan istehsalı sexinin yanar konstruksiyaları 130 m² sahədə və orada olan 4 ədəd dəzgah yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın söndürülüb.

Azvision.az


Teqlər: Bakı   FHN   Yanğın  





Xəbər lenti