Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sadıqlı kənd sakini S.Namazovun kənd ərazisində yaşayış olmayan tikilidə saxladığı 6 kiloqram 205 qram heroin aşkar edilərək götürülüb.