30 yaşlı qadının intihar etməsinin səbəbi araşdırılır

  25 Yanvar 2021    Oxunub : 2278
30 yaşlı qadının intihar etməsinin səbəbi araşdırılır
Ötən gün Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı araşdırma aparılır.
Azvision.az xəbər verir ki, bu barədə Nərimanov rayon prokurorluğundan bildirilib.

Məlumata görə, yanvarın 24-də saat 15 radələrində paytaxtın Yasamal rayon sakini 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızının Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən hündürmərtəbəli binanın 18-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə hazırda Nərimanov rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: Prokurorluq   İntihar