Şahbuzda qazilərə tibbi xidmət göstərildi

Şahbuzda qazilərə tibbi xidmət göstərildi
  26 Yanvar 2021    Oxunub:1897
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası tərəfindən Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara səhiyyə xidmətinin göstərilməsi davam etdirilir.
Azvision.az xəbər verir ki, növbəti humanitar tibbi aksiya Şahbuz rayonunda təşkil olunub.

Aksiyada xəstəxananın 10-a yaxın travmatoloq, nervopatoloq, çənə cərrahı, terapevt və digər ixtisaslı həkim heyəti Vətən müharibəsi qazilərinə evlərində tibbi xidmət göstərib. Qazilər müxtəlif müayinələrdən keçirilib, tibbi yardım göstərilib, dərman və tibbi maskalarla təmin olunub, müvafiq təyinat və məsləhətlər verilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə növbəti aksiyanın Babək və Ordubad rayonlarında keçirilməsi nəzərdə tutulub.

Azvision.az


Teqlər: Naxçıvan   Şahbuz   Qazi  





Xəbər lenti