Naxçıvanda əhalinin sayı 462 minə çatır

   Naxçıvanda əhalinin sayı 462 minə çatır
  26 Yanvar 2021    Oxunub:1703
Muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərib, əhalinin sayı bir il öncəyə nisbətdə 2,3 min nəfər artaraq 1 dekabr 2020-ci il tarixə 461 min 658 nəfər olub.
Naxçıvan Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, əhali artımının təmin olunmasında yeni doğulanlar və müsbət miqrasiya ilə yanaşı, insanların uzunömürlü yaşaması da mühüm rol oynayır.

Belə ki, 2020-ci ilin ötən dövründə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı muxtar respublikada 5,4 nəfər təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı göstəricidir. Bu dövr ərzində əhalinin hər 1000 nəfərinə hesabı ilə ən az boşanma halı da muxtar respublikada qeydə alınıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Əhali  





Xəbər lenti