Bakı sakinindən silah-sursat götürüldü

Bakı sakinindən silah-sursat götürüldü
  26 Yanvar 2021    Oxunub:1801
Bakıda narkotiklə tutulan şəxsin evindən silahlar aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Zabrat qəsəbəsində yaşayan Azad Mirzəyevin evinə baxış zamanı oradan 28 qrama yaxın heroin, 20 qramdan artıq metamfetamin, 4 qrama yaxın tiryək, 1 ədəd “Mauzer” markalı tapança və 1 ədəd “AK-47” markalı təlim silahı patron darağı ilə birgə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti