Şamaxıda karantin rejimini pozdular

Şamaxıda karantin rejimini pozdular
  27 Yanvar 2021    Oxunub:2314
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisində qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polislər tərəfindən Şəhriyar qəsəbəsində yerləşən çayxanaya baxış zamanı obyekti işlədən şəxsin və 9 nəfər müştərinin karantin qaydalarını pozduqları müəyyən olunub.

Onlar Polis Şöbəsinə dəvət edilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Azvision.az


Teqlər: Şamaxı   Çayxana  





Xəbər lenti