Bakıda evdən 40 minlik qızıl oğurlanıb

Bakıda evdən 40 minlik qızıl oğurlanıb
  27 Yanvar 2021    Oxunub:1765
Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 40 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S.Məmmədova saxlanılıb.

Azvision.az


Teqlər: Bakı   Oğurluq  





Xəbər lenti