Cəlilabad sakinləri heroinlə tutuldu
Aparılan araşdırmalarla Y.Əliyevə narkotik vasitəni satan şəxsin Cəlilabad şəhər sakini A.Nağıyev olduğu müəyyən edilib və o saxlanılıb. Sonuncunun üzərinə keçirilən baxış zamanı ondan 1 büküm psixotrop maddə metamfetamin aşkarlanıb.
Keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq narkotiklərin qanunsuz dövriyyəsində A.Nağıyevlə əlbir olan rayon sakini F.Abbasov da müəyyən edilərək saxlanılıb və onun üzərinə keçirilən baxış zamanı 167 qramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
Azvision.az