Paytaxt sakini 2 kiloqramdan çox heroinlə tutuldu

Paytaxt sakini 2 kiloqramdan çox heroinlə tutuldu
  27 Yanvar 2021    Oxunub:2436
Paytaxt sakinindən narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini R.Pirverdizadə Xətai rayonu ərazisində saxlanılıb.



Axtarış zamanı ondan 1 kiloqramdan çox heroin, 315 qram metamfetamin və narkotik vasitələrin satışından əldə edilmiş pulların yükləndiyi iki bank kartı aşkarlanıb.

Onun idarə etdiyi “Jaquar” markalı avtomobilə baxış zamanı isə oradan əlavə olaraq 1 kiloqram 635 qram heroin və 1 kiloqram 665 qram metamfetamin götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az


Teqlər: Bakı   Narkotik  





Xəbər lenti