Bakıda mağazadan 17 min manat oğurlandı

Bakıda mağazadan 17 min manat oğurlandı
  28 Yanvar 2021    Oxunub:1922
Bakıda mağazadan oğurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinə yanvarın 23-də rayon ərazisindəki marketlərin birindən Bakı şəhər sakini R.Vəlizadənin içərisində 17 000 manatı və sənədi olan pulqabısının oğurlanması barədə məlumat daxil olub.

Aparılan əməliyyatla oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini N.Sayadov saxlanılıb.

Azvision.az


Teqlər: Bakı   Oğurluq   Pul  





Xəbər lenti