Nazirlik əməkdaşları qazini ziyarət ediblər
Qazinin ailəsinin sosial vəziyyəti öyrənilib. 24 yaşlı Dəniz Abdurahmanov özü müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi çalışıb. Atası müharibə veteranı kimi aylıq təqaüdlə təmin olunur, anası evdar qadındır. Dəstək məqsədilə ilk növbədə ailə üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfat yaradılması qərara alınıb. Eyni zamanda, qazinin əlilliyinin qiyimətləndirilməsi aparılacaq və əlillik dərəcəsi təyin edildiyi halda ona birdəfəlik sığorta ödənişi, aylıq əsasda sosial ödənişlər təyin olunacaq.
Bu barədə D. Abdurahmanova və ailə üzvlərinə məlumat verilib, onların yaşayışının diqqətdə saxlanacağı bildirilib.
Azvision.az
Teqlər: ƏƏSMN Əməkdaş Qazi Ziyarət