Zəriflə Qaxariya Qarabağı müzakirə ediblər

 Zəriflə Qaxariya Qarabağı müzakirə ediblər
  28 Yanvar 2021    Oxunub:2767
Gürcüstanda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Baş nazir Giorgi Qaxariya ilə görüşüb.
Azvision.az İran XİN-ə istinadla xəbər verir ki, tərəflər iki ölkə arasındakı münasibətləri nəzərdən keçirib, Qarabağda son toqquşmaların ardından bölgədə yaranmış yeni inkişafa dair müzakirələr aparıblar.

İran və Gürcüstan arasındakı iqtisadi, ticarət əməkdaşlığına toxunan Zərif bu sahədə əlaqələrin qorunması və inkişafının vacibliyini vurğulayıb.

Xatırladaq ki, Zərif regional səfər çərçivəsində bundan əvvəl Azərbaycan, Rusiya və Ermənistanda olub. Sabah isə Türkiyəyə gedəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti