DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan
Azvision.az -a verilən məlumata görə, bir qrup rayon sakini Beyləqan RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus iribuynuzlu heyvanlarının oğurlandığı barədə məlumat veriblər. Məlumatla əlqədar polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum edilmiş Raci Cəfərov, Beyləqan rayon sakini Əhliman Abbasov və Şamaxı rayon sakini Etibar Nuriyev saxlanılıb.
Araşdırmalarla onların 8 baş iribuynuzlu heyvanı oğurlamaqla rayon sakinlərinə 8750 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Hər 3 şəxs dindirilmə zamanı törətdikləri cinayət əməllərini etiraf edib.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Onların digər cinayət əməllərində iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Azvision.az