Gəncədə intihara cəhdin qarşısı alındı

Gəncədə intihara cəhdin qarşısı alındı
  29 Yanvar 2021    Oxunub:1770
Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının mansardasına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Azvision.az


Teqlər: FHN   İntihar  



Xəbər lenti