Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xızı rayonunun Fındığan kəndində 2 nəfərin tikilməkdə olan ikimərtəbəli fərdi yaşayış evinin damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.