Nevrozu necə müalicə etmək olar?

Nevrozu necə müalicə etmək olar?
  18 Fevral 2014    Oxunub:149300
Bunun üçün müxtəlif vasitələr mövcuddur.
Nevroz, psixonevroz, nevrotik pozğunluq tibb elminə istifadə olunan termindir və funksional psixogen pozğunluqlar qrupudur.

Adətən Astentik, təkrarlanan və isterik nevrozlar əqli və fiziki iş qabiliyyətlərinin azalmasına səbəb olur. Əsas psixoloji faktor kimi nevrozda konfliktli (daxili və xarici) şəraitdə yaranan psixoloji travmalar yaxud uzunmüddətli emosional, intellektual gərginlikdir.

Nevrozun psixoloji simptomları kimi- qətiyyətsizlik, ünsiyyətdə problemlər, emosional narahatlıq (adətən, səbəbsiz yerdə), tez-tez qorxu yaxud həyəcan hisslərinin yaşanması, əhval-ruhiyyənin kəskin dəyişməsi, yüksək səsə, parlaq işığa və temperaturun dəyişməsinə qarşı həssaslıq, yuxunun pozulması daxildir.

Fiziki simptomlardan danışsaq isə ilk növbədə- ürək və qarın nahiyəsində ağrılar, yorğunluq və halsızlıq hissləri, baş gicəllənməsi və gözdə qaralma, iştah pozğunluğu və öz sağlamlığının qeydinə həddən artıq diqqətin ayrılması daxildir.
Nevroz kənar yardım olmadan müalicə olunması gəldikdə, ilk növbədə bilmək lazımdır ki, nevrozun yaranamsına səbəb olan bütün konflikt və travmalar beyinin bir yerində saxlanılır. Daha doğrusu isə şüuraltında. Unutmaq olmaz ki, şüuraltı insan ağlının dərk etmədiyi hissəsidir.Bu çox önəmlidir.

İnsanın doğuluşundan indiki gününə qədər bütün məlumatlar şüuraltında saxlanılır. Bütün fikirlər, hisslər, situasiyalar, öyrəndiyiniz istənilən hərəkət burada cəmləşib.
İndi isə şüuraltında toplanan hisslərə nəzər salaq:
Uşaq vaxtı alınan psixoloji travmalar (beyində tez-tez blok edilən xatirələr silinir)
Neqativ emosiyalar (qəzəb, qorxu, nifrət və s.)
Şəxsiyyətin neqativ emosiyaları (qeyri-adekvat olmaq, özünə qurban gözü ilə baxmaq, inciklik və s.)
Özünə inamın məhdudlaşdırılması (məndə bu yoxdu, bu mümkün deyil, bu iş alına bilməz və s.)
Psixoloji komplekslər (öz fiziki və əqli qabiliyyətlərindəki çatışmazlıqları şişirtmək)

Bütün yuxarıda sadalananlar nevrozla birbaşa əlaqədədir və onun əsas səbəbidir. Sosiumun istənilən üzvündə bu özəlliklər var. Sadəcə, hər kəsdə bu müxtəlif saydadır.
Ənənəvi müalicə vasitələri nevrozu müalicə edə bilərmi?
Adətən nevrozdan xilas olmaq üçün psixoterapevtə müraciət olunur. Lakin burda bir önəmli çatışmazlıq var- vaxt və effektlilik. Psixoterapevt söhbət vasitəsilə pasientdəki ziddiyyətləri ortaya çıxardır və onun özü-özündən baş çıxarmasına yardım edir.
Nevroza qarşı digər müalicə vasitələri:
Nevroz əleyhinə preparatlar (həblər, homeopatiya/müalicəvi otlar)
Prosedurlar (masajlar, nevroza qarşı iynələr)
Kurort bölgələrə səyahət (istirahət et və əsəblər bərpa olunacaq)

Dərmanlar (preparatlar) nevrozun səbəbini müalicə etməsə də sakitləşmək üçün ondan istifadə etmək məsləhət görülür. Eyni səbəbdən pozitiv düşüncə treninqlərinin də faydası bir o qədər faydası ola bilər.

Bütün bunları nəzərə aldıqda nevrozun müalicəsində ən asan yol səbəbin özündən xilas olmaqdır. Bəli, bunun üçün daha ciddi yanaşam tələb olunur, sadəcə aptekə gedib dərman qəbul etmək yox. İlk növbədə insan profilaktik tədbirlər görməlidir.

Məsələn, özünüzdə toplanan mənfi enerjini azad edin. Mənfi enerjidən xilas olmaq üçün hərə şəxsi seçimin edir- kimsə divar boyayır, kimsə idmanlar məşğul olur, kimsə də gündəlik qeyd dəftəri tutur.

Əgər pis bir hadisə baş veribsə, bundan azad olmaq üçün kiminləsə danışın. Bu psixoanalitik yaxud yaxın rəfiqə də ola bilər. Əsas odur ki, kiminləsə danışın və öz psixikanızı yükləməyin.

İş və istirahət zamanı balans yaratmaq lazımdır. Əməksevərlik də nevroza yol aça bilər. Əqli fəaliyyəti bir müddət fiziki aktivliyə çevirmək lazımdır. Sutka ərzində ən azı 30 dəqiqə fiziki hərəkətlərə ayrılmalıdır.

Yuxu sutkada 6-8 saat olmalıdr. Əgər yuxu rejimi pozulubsa, yuxunu yaxşılaşdırmaq üçün profilaktik addımlar atmaq: vaxtında yatmaq, yüksək səsli musiqi dinləməmək, yuxu öncəsi çox yeməmək, otağın havasını dəyişmək lazımdır.

Gündəlik rasionunuza antistress məhsullardan qatın. Bədəndə serotonini bərpa edən, sakitliyə cavab verən: tərkibində piy olan balıqlar, banan və pomidorlardan istifadə etmək.

İstirahət edin. Təbiətdə gəzinti sizin psixiki durumunuz üçün səs-küylü kompaniyalardan daha faydalı olacaq.

Psixiatrlardan qorxmayın. Vitaminlər və profilaktik tədbirlər yaxşı olsa da sırf profilaktik xarakter daşıyır. Əgər nevroz artıq varsa, professionallara müraciət etmək lazımdır.

Nevrozun müalicəsi kompleks olmalıdır. İlk növbədə: psixiatr, psixoterapevt və nevroloqa müraciət olunmalıdır. Həkimin iştirakı ilk növbədə nevrozun səbəblərini aşkar etmək üçün lazımdır. Bundan bqaş məhz həkim lazımi müalicə təsirlərini (gərgin yaxud sakit əsəb sistemləri üçün)istiqamətləndirə bilər.

Müalicə üçün aşağıdakı vasitələrdən istifadə olunur:
Psixotrop vasitələr (bunlar əsasən trankvilizatorlar olsa da, əsasən həkim reseptləri ilə satılır)
Psixoterapiya kursları, Fitoterapiya (psixoloji travmaların müalicəsi) və Fizioterapiyadan istifadə olunur.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti