Sabirabadda ev yanıb, 3 nəfər xəsarət alıb

Sabirabadda ev yanıb,    3 nəfər xəsarət alıb
  01 Fevral 2021    Oxunub:1610
Sabirabad rayonunun Rüstəmli kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Sabirabad   Yanğın   FHN  





Xəbər lenti