Xırdalanda ikimərtəbəli evdə yanğın olub

Xırdalanda ikimərtəbəli evdə yanğın olub
  02 Fevral 2021    Oxunub:2007
Abşeron rayonunun Xırdalan şəhərində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 130 m² olan ikimərtəbəli 5 otaqlı evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti