Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan
Azvision.az -a verilən məlumata görə, A. Məmmədov sonuncu dəfə qəsəbə sakini Anar Əliyevə məxsus fərdi yaşayış evinə daxil olaraq oradan 1030 manat dəyərində müxtəlif ev əşyalarını oğurladıqdan sonra cinayət izlərini itirmək üçün evi yandırıb və nəticədə vətəndaşa külli miqdarda ziyan vurub.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin əlavə 5 oxşar cinayət hadisəsi törətdiyi məlum olub. Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib faktlarla bağlı araşdırmalar davam etdirilir.
Azvision.az