Şəkidə “DAF”, Bakıda "Opel" yanıb

Şəkidə “DAF”, Bakıda "Opel" yanıb
  05 Fevral 2021    Oxunub:2048
Şəki şəhərinin Çələbixan qəsəbəsində “DAF” markalı yük avtomobilinin 2 ədəd arxa təkəri yanıb. Yüksək temperaturdan avtomobilin banına yığılan 70 m³ taxta materiallar qismən yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, avtomobilin və taxta materialların qalan hissəsi yanğından mühafizə olunub.

Həmçinin, Bakı şəhərinin Suraxanı rayonunda "Opel" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Bakı   Şəki   Maşın   Yanğın  





Xəbər lenti