“Sergeyin Şuşada öldürülməsi hələ də gizlədilir” - Erməni fəal

“Sergeyin Şuşada öldürülməsi hələ də gizlədilir” -   Erməni fəal
  13 Fevral 2021    Oxunub:2198
Tanınmış erməni ictimai xadim, müəmmalı hərbi məsələləri araşdıran Aram Gevorqyan Qarabağdakı müharibədə ölmüş erməni polisi haqqında məlumat yayıb.
Azvision.az xəbər verir ki, Gevorqyan Sergey Şakrikyan adlı 26 yaşlı polisin Şuşa döyüşlərində məhv edildiyini bildirib. Onun adı isə cəmiyyətə təqdim olunan rəsmi ölü siyahısına düşməyib:

"Şakrikyan polis qüvvələrinin tərkibində İkinci Qarabağ müharibəsində iştirak edən minlərlə polisdən biri idi. O, Armavirdə kiçik çavuş olub. Müharibənin ilk günlərindən Sergey dostları ilə Cəbrayıl, Hadrut və Şuşada döyüşdü və elə Şuşada da noyabrın 5-də öldürüldü. Sergeyə dəyən bir mərmi parçası ürəyinin aortasına tuş gələrək onu saniyələr içində öldürüb. Şakrikyan məhz zirehli geyiminin olmaması səbəbindən öldü. Üstəlik, Ermənistan polisi öz işçilərinə o qədər "hörmət"lə yanaşdı ki, yalnız 25 dekabrda mətbuatda qalmaqallı araşdırma başladıqdan sonra öldürülən 67 polisin adını xalqa təqdim etdi. Müdafiə ordusu tərəfindən təqdim olunan siyahıda isə Sergeyin adı görünmədi".

Tural Tağıyev
Azvision.az


Teqlər: Şuşa   Erməni   Ermənistan-polisi  





Xəbər lenti