Bakıda "Sevgililər günü"nü qeyd edənlər cərimələndi

Bakıda "Sevgililər günü"nü qeyd edənlər cərimələndi
  17 Fevral 2021    Oxunub:2203
Paytaxtın Nizami rayonunda fevralın 14-də xüsusi karantin rejim qaydalarına əməl etməyən kafe müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, "Cənub” kafesində 15 nəfərin "14 fevral" gününü qeyd etməsi aşkarlanıb.

İctimai iaşə obyektin icarədarı və tədbirin iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq barələrində inzibati protokollar tərtib olunub.

Azvision.az


Teqlər: Karantin   Cərimə  





Xəbər lenti